Sinif otağında qısa video kliplərin istifadəsinin tədqiqi.

13/07/2013 02:52

Yeniləşən Azərbaycanda təhsil islahatı uğurla həyata keçirilir. Təhsil islahatının prinsiplərinə uyğun olaraq,milli və bəşəri dəyərlər əsasında yeni pedaqoji texnologiyaların tətbiq edilməsi XXI əsrin qarşısına qoyduğu zərurətdən irəli gəlir.Təhsilin keyfiyyətinin yaxşılaşdırılması , cəmiyyət üçün intellektual səviyyəsi yüksək olan şəxsiyyətlərin formalaşması – sosial-iqtisadi və mədəni inkişafin əsasını təşkil edir.

Aparılan islahat işləri təhsilin keyfiyyətini yüksəltmək-yeni pedaqoji texnologiyaları öyrənib, ondan səmərəli istifadə etməyi başlıca vəzifə kimi qarşıya qoyur. Tədris olunan fənnin məzmunundan asılı olmayaraq təlim prosesi və qurulacaq texnoloji ardıcıllıq , pedaqoji – psixoloji qanunauyğunluqlar diqqət mərkəzində saxlanılmalıdır.

Tədris planına daxil edilən hər bir fənn şagird şəxsiyyətinin formalaşmasında , onun ümumi əmək fəaliyyətində, hətərəfli hazırlığında başlıca vasitədir.Əsas məsələ fənlərin tədris imkanlarını şagirdlərin idrak gabiliyyətinin  inkişafına yönəltməkdir. Aşkar olunan qanunauyğunluqları təcrübəyə, məktəb həyatına tətbiq etmək müəllimin üzərinə düşür.İnsanın əsas fəaliyyətlərindən biri olan təlim prosesi , onu şəxsiyyət kimi tərbiyə etməklə, inkişafını təmin edir.Pedaqoji prosesdə qeyd olunan mühüm keyfiyyətlərin həyata keçirilməsi müəllimin hərtərəfli hazırlığından birbaşa asılıdır.

Müəllimin ümumi proqram materiallarına və dərsə hazırlığı yüksək səviyyədə olmalıdır.

Mən tez-tez  düşünərdim ki, mükəmməl ingilis dili  dərsimi necə qurum.   Vizual texnika mənim məqsədlərimi yerinə yetirməyimə  kömək etdi. Əgər siz məqsədləri bilir və faktiki olaraq onları görürsünüzsə, dəyişikliklərin həyata keçirilməsi çox asandır.

Bir neçə il bundan əvvəl 240 saylı orta məktəbdə dərs deməyə başladım. Dərslərimi ənənəvi dərs sistemində qururdum. Belə görünürdü ki, şagirdlər heç də belə dərslərə maraq göstərmir;  boynuma almalı idim ki, ya mən o qədər də maraqlı müəllimə deyiləm ya da sadəcə olaraq onları  maraqlandıran aspektləri bilmirəm. Beləliklə mən “mənim mükəmməl İngilis dili dərsim” haqqında fikirləşməyə başladım. Mən istəyirdim ki, şagirdlər mümkün qədər sinifdə sərbəst olsunlar. “Mənə qulaq asın ! nəyisə öyrənin.” sözlərini daha az işlətmək də pis olmazdı. Onlara təqdimatlar göstərmək; verilən tapşırıqların birlikdə, cütlərlə etmək ; canlandırma – rollu oyunlar əlbəttə bunların hamısı onların marağına səbəb olardı.  Bəli, bu mükəmməl dərs olardı.

         Bu məqalədə  mən sinif otağında qısa video kliplərin istifadəsinin tədqiqi haqqında bəhs edəcəyəm.

       Sinif otağında qısa video kliplərinin istifadəsini tədqiq etmək.

Qısa videolar ilə mən mətbuat məlumatları kimi qısa kliplərə, qısa  sənədli filmlərə , musiqili videolara və filmlərin treylerlərinə və s.müraciət edirəm .

Klipdən istifadə etmək

Bu videolar on dəqiqədən daha uzun davam etməməlidir. Bu kliplərdən hər şeydən əvvəl, ardıcıl istifadə etmək üçün,aşağıdakı tələblərə ehtiyac duyulur:

         Ya sizin sinif otağınızda onlayn resurslara girişə malik olduğunuz İnteraktiv Ağ Lövhə formasında olan əşyalar ,

          ya da internet vasitələri  və daha yaxşı proyektor ekranı olan compyuter otağınız olmalıdır.

 Əgər sizin  bu vasitələrin heç birindən əyani surətdə istifadə etmək imkanınız yoxdursa, niyə şagirdlərə evdə videoya baxmağı məsləhət görməyəsiniz? Siz sadəcə onları dəqiq vebsayt ünvanına yönləndirin. Bu dərs vaxtı onlara verilən tapşırıq da ola bilər.

Video kliplərdən  istifadə etməyin üstünlükləri

Şagirdlərə təbii kontekstdə  İngilis dili nümayiş  etdirilir . Yalnız "real adamlara" yox, onlar həmçinin real situasiyalarla baxıb tanış olular.  Məsələn, qısa sənədli filmlərə baxmaqla  onlar müxtəlif mədəniyyətlərə və həyat tərzlərinə aid biliklərə yiyələnə bilərlər. Nümayiş olunan məlumat daha yaxşı mənimsənilə və yadda qala bilər.

Siz həqiqətən şagirdlərin diqqətini məzmuna cəmləşdirə bilərsiniz.

Lüğəti öyrətmək həmişə çətin olur.Videolar vəasitəsi ilə lüğəti öyrətmək şansına maliksiniz. Videoda göstərilən yeni sözləri şagirdlər həm görəcək həm də eşidəcək.

Video nümayiş dərsin qurulmasında vaxta qənaət edir. Dərsin planlaşdırması asanlaşdırılır. Mən ilk dəfə Ağıllı Löhvə ilə tanış olanda dərsi hazırlamaq üçün çox vaxt sərf edirdim. Bələliklə də mən onlayn videolardan  istifadə etməklə dərsi planlaşdırmanın asan və səmərəli yolunu tapdım.   

Vizual element şagirdləri stimullaşdırır. Qısa videolar şagirdlərin nümayiş etdirdiyi oxu və dinləmə vərdişlərinə  yaxşı alternativdir.

Məs: Səyahət haqqında nümayiş edilən videoda şagirdlər şəhərlərlə vizual olaraq tanış olur eyni zamanda onlar haqqında qısa məlumatları oxuya bilər.

Mümkün problemlər

Texniki problemlər meydana çıxa bilərI: internet əlaqəsi kəsilə bilər, elektrik enerjisi olmaya bilər.Əgər siz texniki problemlərlə üz-üzəsinizsə o zaman ehtiyatda olan təchizatınızla dərsi təşkil edə bilərsiniz

Əgər siz uzun videolardan istifadə etsəniz bu zaman şagirdlərin diqqətinin dağılmasına səbəb ola bilərsiniz.Xüsusi ilə də əgər siz çətin mövzulara müraciət etmisinizsə bu mütləq onların demotivasiyasına səbəb olacaq.Çalışın dili asan və qısa videolardan istifadə edəsiniz.

Bəzi videolar məzmuna uyğun gəlməyə bilər. Bu dərs zamanı kritik bir haldır. Buna görə biz mütləq video seçımini  dərsə başlamazdan əvvəl etməliyik.

Klip seçmək

 müvafiq video klipini seçmək üçün aşağıdakı yollar var.

Videonu kim seçəcək

Əgər şagirdləri video seçiminə cəlb ediriksə bu onlarda marağın oyanmasına səbəb olur. Bu hətta şagirdlərə sinifdən xaric iş kimi də tapşırıla bilər. Belə ki, şagirdlər özləri onlayn video klipini seçə bilər  və onun haqqında danışar.

Əgər siz müəllimlər videonu seçirsinizsə bu zaman videonun şagirdlərin yaş səviyyəsinə uyğun olmağına  diqqət edin.

Videonun mövzusu

Videoların mövzusu mütləq məqsədə uyğun olmalıdır yəni dərsin mövzusunu əhatə etməlidir. Bu zaman şagirdlərin marağı mütləq nəzərə alınmalıdır.

Nəticə

Dərslərimizi zamanın tələbinə uyğun olaraq daha maraqlı və daha visiual etmək üçün videolardan  istifadə etmək ən yaxşı vasitələrdən biridir. Müşahidələr zamanı məlum olmuşdur ki,şagirdlər  mövzuya aid video çarxları və ya klipləri izləməyi həqiqətən səbirsizliklə gözləyir və bununlada dil vərdişlərinə daha asan yiyələnirlər.

                                           Abbasova Təranə "Təhsil və Zaman" qəzetinə