Texnologiyadan istifadə etməklə dil bacarıqlarının inkişafina necə kömək etmək olar.

31/07/2013 03:32

"Elektron hökumət” virtual məkanı, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

“E-hökümət” layihəsi “Azərbaycan Respublkikasının inkişaf naminə informasiya-kommunikasiya üzrə Milli Strategiya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, təhsil,həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sətbəstləşdirilməsinə yönəldilmış fəaliyyəti nəzərdə tutur..Layihənin məqsədlərindən biri dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsidir

İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır., müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir.

"2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi Azərbaycanın dövlət və özəl müəssisələri tərəfindən elektron xidmətlərin tətbiqi prosesini sürətləndirdi. 2013-cü ildə əsas və prioritet vəzifələrdən biri genişzolaqlı internetin inkişafına yardım edən genişzolaqlı xidmətlərin hər yerdə inkişafı idi. Genişzolaqlı internet vətəndaşların hər yerdə elektron xidmətlərə çıxışında mühüm rol oynayır. Genişzolaqlı girişin inkişafında əsas üstünlük rabitənin optik xətlərinə veriləcək. Bu sahədə Azərbaycanın birinci telekommunikasiya peyki "Azerspace-1" böyük rol oynayacaq.

Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasını nəzərə alaraq, bütün texniki imkanları səfərbər edilir. Bunun nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 2,3 dəfə artırılaraq təqribən 200 Gb/s-ə çatdırılıb. Hətta bu il həyata keçiriləcək əsas tədbirlərdən biri də «Milli genişzolaqlı internetin inkişafı» layihəsinin icrasına başlanılması olacaq. Bu layihə 2013-2015-ci illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksək sürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Regionlara gəlincə, bölgələrdə genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 136 mini keçib. Hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Onu da bildirim ki, Dünya İqtisadi Forumunun «The Global Information Technology Report 2013» hesabatına əsasən, internet istifadəçilərinin sayına görə isə respublikamız MDB ölkələri arasında birinci yerdədir.

Yeni texnologiyalar vasitəsi ilə ingilis dilini öyrənmək istəyən şagirdlərə dil bacarıqlarının inkişaf etdirilməsində müəllimlərin köməyi ən vacib amillərdəndir.

Bütün dünyada olduğu kimi savadlı olmağı şagirdlərə öyrətmək Azəebaycanda da yüksək pedaqoji (maarifləndirici) prioritetdir(Birincilik). Baxmayaraq ki bu sahə bizim ən böyük məqsədlərimizdən biridir  eyni  zamanda ən böyük çətinliklərimizdən biridir.  Sinif otağiındakı təchizatlar illər əvvəl dəyişməyə başladı. Müəllimlər yüksək texnoloji dərəcələrə malik olmaq kimi  böyük bir məqsəd  ilə üzləşdi. Bu sahədə təcrübəli olmaq çox çətin bir proses idi. Xüsusilə də yeni bir dil –xarici dil öyrədən və öyrənənlər üçün.

 İngilis dilində öyrənən şagirdlər dilin  müxtəlif aspektlərindən istifadə edirlər.Onlara dili eşitdirmək, yazdırmaq ,danışdırmaq və oxutdurmaq lazımdır.

Kompyuterlər bilavasitə internet yeni bir  dil öyrənərkən şagirdlərin dil təcrübələrininin inkişafında mühüm rol oynayır. Kompyuterlər ingilis dili öyrənən şagirdlər üçün əlavə təlim alətidir.

Şifahi Qarşılıqlı təsir

Müəllimlər ingilis dili öyrənən şagirdlərə zəngin bir mühit –dilin daima fəaliyyətdə olduğu bir mühit təqdim etməlidirlər.Uşaqlar həmişə kommunikasiya yolu ilə biri biri ilə qarşılıqlı ünsiyyət qurmağa ehtiyac duyur .Kompyuterlər bu mühiti asanlaşdırmağa  nail ola bilir və şifahi mübadiləni artırmaq üçün alət kimi istifadə edlir.

Məs: Kompyuter kitablarından istifadənin şagirdlər arasında şıfahi qarşılıqlı təsirin nə dərəcədə artmağini araşdirmaq üçün istifadə etmişlər.

Kompüter kitablar mətn və illüstrasiyalar ilə faktiki kitab kimi kompüter ekranında görünən, interaktiv hekayələrdir. Həmçinin bu kitabları oxuyarkən şagirdlər bir sıra interaktiv seçimlərlə rastlaşa bilər; onlar bərkdən oxunan real səsləri,musiqi və səs effektlərini  eşidə bilərlər.

Dərslərimizdən birində şagirdlər kompyuter kitablarından istifadə etdilər.Onları qruplara böldüm.Sonra kitabları oxuyarkən onların biri-biriləri ilə qarşılıqlı münasibətini müşahidə etməyə başladım. Nitqlərini analiz etdim. Baxmayaraq ki şagirdlər ingilis dilində ustalıq göstərmədən danışırdılar amma kompyuter kitablarına mütaliəsinə nail olmaq üçün dil funksiyalarının müxtəlif üsullarından istifadə edirdilər. Onlar bir birilərinə qarşı nitqlərində çoxlu əmr cümlələri işlətdilər, fikirlərini bölüşdülər və təkliflər verdilər.Sual –cavabda iştirak etməyə həvəs göstərdilər.

Lüğətin İnkişafı

Dil öyrənmənin ən böyük aspektlərindən biri də lüğətdir.Dil öyrənmək istəyən şagirdlər kompyuterdən-internetdən  istifadə edərək lüğət öyrənə bilirlər. Hər hansı bir mühitdə şagirdlərin  lüğətə ehtiyacı ola bilər. Bu zaman onların köməyinə visual vasitələr gələ bilir- kompyuterlər bu zəngin mühiti şagirdlər üçün təmin edir.

Kompyuterdən istifadə şagirdlərə lüğətlərini inkişaf etdirməyə şərait yaradır.

Oxu

Texnologiya vasitəsi ilə oxumağı yaxşılaşdırmaq üçün bir neçə yollar var.

Əksər  mütaliə mətnləri məzmunca  çox sadə olur. Yaşca böyük şagirdlər bu mətnləri oxuyarkən bezmiş kimi görünə bilər. Kompyuterlər isə mətnlərin sadə və asan olmasına baxmayaraq yaşca böyük şagirdlərin maraq səviyyəsini artıra bilir.

Kompyuterlərin oxu zamanı istifadəsinin başqa faydası kompyuterin icra zamanı  bilavasitə əks əlaqəni təklif etməsidir. Belə oxu zamanı şagirdlərin göz yaddaşı, luğət tərkibi , anlama və dərketmə anlayışları inkişaf edir.

Texnologiyadan istifadə həmçinin valideynə imkan verir ki,o öz övladının təhsilini izləsin bəzən isə onunla birlikdə təhsilini təkmilləşdirsin. . Landerholm, Karr və Munshi (2000) valideynlərə kömək etmək üçün dörd məqsəd ilə Çikaqoda üç illik proqramlarını yaratdılar: məktəb cəmiyyətinə (birliyinə) daxil olun və universitet şəhərciyində rahat olun; mütaliədən və yazmağdan övladlarınızla birlikdə zövq alın ; elmi və kompüter texnologiyalarını başa düşün və öz savadınızı yaxşılaşdırın.

Bu layihə şagirdlərlə birlikdə  valideynlər üçün də  maraqlı idi. Kompüterlər proqrama daxil olmaq üçün valideynlər üçün şəkil faktoru idi, baxmayaraq ki onlardan başlanğıcda heç istifadə edilməmişdi

 Proqram texnologiyanın başqa formalarından biri olan şəkil çəkməklə başladı.. Fotoşəkillər istehsalat praktikalarında və xüsusi fəaliyyətlərdə çəkildi. Valideynlər və uşaqlar fotoşəkillərdən istifadə edərək yaddaş kitabının tipini yaratdılar və şəkillər haqqında mətn yazdılar. Nəticədə səhifələr üzərində fotoşəkilləri scann etmək və mətni yazmaq inkişaf etdi.

Landerholm, Karr və Mushinin layihəsində, tələbələr həmçinin kompyuterdə valideynləri ilə kitab məlumatlarını yaratdı. Məlumatın mətni proqram təminatına uyğun olaraq  çox yaradıcı idi : səslər, video, klip incəsənətləri və fotoşəkillər  daxil edilmişdi.

 Kitab məlumatlarını yaratmaq şagirdləri daha da çox kitab  oxumağa həvəsləndirdi. Proqramda bir uşaq bir ilə (Landerholm və başqaları. 2000) təxminən 300 kitab oxumuşdu.

 Proqram təminatı və oyunlar savad bacarıqlarını təcrübədən keçirmək üçün tələbələr üçün çoxlu əyləncəli imkanlar təmin edirdi.

Yazı qaydalarının yoxlanışını, fonetika bacarıqlarını, qrammatikanı və sözləri -lüğəti yaxşılaşdırmaq üçün çoxlu proqram paketləri var.Bunlar ingilis dilini xarici dil kimi öyrənmək istəyən şagirdlər üçün çox qiymətlidir .

Yazı

Yuxarıda qeyd edildiyi kimi, kompüterlər və proqram təminatları, ingilis dilini öyrənən şagirdlərin lüğət bacarıqlarının və biliyinin inkişafina  kömək edir . Kompüterlər həmçinin şagirdlərin yazı bacarıqlarını da inkişaf etdirir. Düzdür biz birdən birə şagirdlərə kompyuterdə inşa və ya qrafik yazıları tapşırıq kimi verə bilmirik. Çünki bu onlar üçün başlanğıcda çətin ola bilər. Kompyuterdə yazı öyrətməyin ən faydalı yolu- e-mail yazmaqdır. Çünki e-maili lazım olduğundan daha uzun yazmaq lazım deyil.  Şagirdlərə  gündəlik həyatlarının bir hissəsini  e-mail vasitəsi ilə biri –birilərinə yazmaq  tapşırığı vermək olar . Müəllim mütləq şagirdləri yönləntməlidir :

“Sözləri düzgün yazın, qrammatikaya və durğu işarələrinə fikir verin.”

 Bu zaman şagirdlər yazarkən,  həm kompyuter texnologiyasını həm də yazı texnologiyasını iinkişaf etdirmiş olacaqlar. Ən başlıcası isə şagirdlər mütləq düzgün yazmaq üçün lüğətə müraciət edəcəklər.E-maildən istifadə etməyin ən böyük faydalarından biri şagirdlərin öyrəndiyi dilə aid məzmunlu mətnlərdən istifadə edə bilməsidir. Kompüterdən istifadə edərək yazmaq  şagird üçün qələm ilə yazmaqdan çox maraqlıdır.

Nəticə

Öyrənməyi asanlaşdırmağın ən əsas yollarından biri kompyuterlərdir. Kompyuterlər- yəni proqram təminantları vasitəsi ilə şagirdlər lüğətdən istifadə edə,oxu və yazı taxnixkasını inkişaf etdirə və ünsiyyətini genişləndirə bilər.

Buna baxmayaraq qeyd etmək lazımdır  ki kompyuterlər heç də tam effektiv təlim demək deyil. Kompyuterlər kurikulum tədris planına əlavənin bir tipi olub dil bacarıqlarını inkişaf etdirməyə kömək edir.

240 saylı məktəbin ingilis dili müəllimi Abbasova Təranə (müsabiqəyə təqdim etmək üçün)